Menyu

“28 May” metrostansiyası ətrafında mikromobillik infrastrukturu yaradılacaq

Nərmin Qocamanlı
“28 May” metrostansiyası ətrafında mikromobillik infrastrukturu yaradılacaq
1 dəq oxu

"Bakı Metropoliteni" QSC-nin “28 May” stansiyası ətrafında mikromobillik infrastrukturunun qurulması nəzərdə tutulur.

"Operativ Media" "Report"a istinadən xəbər verir ki,  bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, ərazidə aidiyyəti qurumlarla birlikdə abadlaşdırma işləri həyata keçiriləcək. Bu işlər çərçivəsində asfalt örtüyünün dəyişdirilməsi, mikromobillik infrastrukturunun qurulması, o cümlədən velosiped zolaqlarının təşkil edilməsi nəzərdə tutulur. Bakı Dəmiryol Vağzalına gəlib-gedənlər üçün qarşılama və yolasalma zonası da təşkil olunacaq.

Əlaqəli Xəbərlər