İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən şəxs saxlanılıb
Nərmin Qocamanlı
Dövlət Sərhəd Xidmətinin (DSX) "Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin hərbçiləri İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən şəxsi saxlayıblar.
"Operativ Media" xəbər verir ki, bu barədə DSX-dən məlumat verilib.
Bildirilib ki, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb, sərhəd pozucusunu sərhəd naryadı saxlayıb.
Araşdırma zamanı saxlanılan şəxsin İran vətəndaşı 1983-cü il təvəllüdlü Ağaməhəmməd Tohid Mirməhəbbətəli olması müəyyən edilib və üzərindəki bağlamaya baxış keçirilərkən çəkisi 6 kiloqram 275 qram narkotik vasitə (4 kq 995 qr metamfetamin, 1 kq 280 qr marixuana) aşkar olunaraq götürülüb.