Menyu

Suraxanı rayonunun qaz təchizatında fasilə yaranacaq

Nərmin Qocamanlı
Suraxanı rayonunun qaz təchizatında fasilə yaranacaq

Sabah Bakının Suraxanı rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə "Operativ Media"ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, “Qaraçuxur” qaz paylayıcı stansiyasında (QPS) “Əhali” kollektorundan ayrılan “Əmircan” qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar martın 13-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Suraxanı rayonu üzrə Əmircan qəsəbəsinin və Şərq yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Teqlər:

"Suraxan\u0131 rayonunun qaz t\u0259chizat\u0131nda fasil\u0259 yaranacaq"

Əlaqəli Xəbərlər