Menyu

Rumıniya prezidenti NATO-nun baş katibi vəzifəsinə namizədliyini açıqlayıb

Rumıniya prezidenti NATO-nun baş katibi vəzifəsinə namizədliyini açıqlayıb

Rumıniya prezidenti Klaus İohannis NATO-nun baş katibi vəzifəsinə namizəd olduğunu açıqlayıb.

"Operativ Media" xəbər verir ki, İohannis bunu ölkəsinin NATO-ya daxil olmasının 20-ci ildönümü münasibətilə verdiyi açıqlamada bildirib.

"Mən bu namizədliyi Rumıniya adından tam məsuliyyətlə öz öhdəmə götürürəm. Bu, mənim çağırışları dərindən dərk etməyimə və NATO-nun əsas dəyərlərinə və məqsədlərinə qəti öhdəliyimə əsaslanır", - İohannis qeyd edib.

NATO-da olmağın ölkəsinə tarixin ən güclü təhlükəsizlik zəmanətini verdiyini vurğulayan İohannis əlavə edib: "Bu təhlükəsizlik zəmanətləri heç vaxt indiki qədər əhəmiyyətli olmamışdır. Biz təhlükəsizlik baxımından son onilliklərin ən çətin dövrlərini yaşayırıq, lakin biz rumınlar özümüzü təhlükəsiz hiss edirik, çünki biz NATO-nun üzvləriyik". 

İohannis bildirib ki, səlahiyyət müddəti ərzində o, NATO-nun 2,5 faizi ilə Ümumi Daxili Məhsulun (ÜDM) ən azı 2 faizini müdafiəyə xərcləmək məqsədinə nail olub.

Əlaqəli Xəbərlər