Ağ Ev Moskvanın Rusiya prezident seçkilərinə müdaxilə ittihamlarını rədd edib
Rusiyanın ABŞ-nin prezident seçkilərinə müdaxilə etməyə çalışması ilə bağlı iddiaları "tamamilə yalandır".
"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Ev-dən bildirilib.
"Reuters" Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmisindən sitat gətirib: "Bu iddialar tamamilə yalandır və təbliğatdan başqa bir şey deyil".
"ABŞ Rusiyadakı seçkilərə müdaxilə etməyib və etməyəcək. Rusiyanın özünün Amerika və digər demokratik seçkilərə müdaxiləsinin uzun tarixi var. Yalan məlumat yaymaq əvəzinə, Rusiya bu fəaliyyəti dayandırmalıdır”, - Ağ Ev əlavə edib.
Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat ofisi elan etmişdi ki, müxalif internet resursları Vaşinqtonun təhriki ilə rusları prezident seçkilərinə məhəl qoymamağa çağırır.
Teqlər:
"A\u011f Ev Moskvan\u0131n Rusiya prezident se\u00e7kil\u0259rin\u0259 m\u00fcdaxil\u0259 ittihamlar\u0131n\u0131 r\u0259dd edib"