Menyu

Rusiyada yeni seçiləcək prezidentin andiçmə mərasimi mayın 7-də baş tutacaq

Rusiyada yeni seçiləcək prezidentin andiçmə mərasimi mayın 7-də baş tutacaq

Rusiya prezidentinin andiçmə mərasimi mayın 7-də baş tutacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə "RİA Novosti" Rusiya Federasiyasının Dövlət Dumasındakı mənbəsinə istinadən xəbər verir.

"Prezidentin andiçmə mərasimi mayın 7-də baş tutacaq, mayın 8-də isə Duma hökumət başçısının təyinatını müzakirə edəcək", - agentliyin həmsöhbəti bildirib.

"RİA Novosti"nin məlumatına görə, "Rusiya Federasiyasının prezident seçkiləri haqqında" qanuna əsasən, andiçmə mərasimi əvvəlki prezidentin vəzifəsinə başlamasından altı il sonra keçirilir. Vladimir Putin 2018-ci il mayın 7-də Rusiya Federasiyasının Prezidenti vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Rusiya Federasiya Şurası prezident seçkilərini martın 17-nə təyin edib. Səsvermə üç gün, martın 15, 16 və 17-də davam edəcək. Fevralın 25-də Rusiyada ucqar və əlçatmaz yerlərdə, eləcə də həmin gün üzəcək gəmilərdə erkən səsvermə başlayıb.

Rusiya Federasiyasının prezidenti postu uğrunda Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd mübarizə aparır: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin.
 

Teqlər:

"Rusiyada yeni se\u00e7il\u0259c\u0259k prezidentin andi\u00e7m\u0259 m\u0259rasimi may\u0131n 7-d\u0259 ba\u015f tutacaq"

Əlaqəli Xəbərlər