Menyu

Polşa Çexiyanın Ukraynaya 800 min mərmi tədarükü təşəbbüsünə qoşulub

Polşa Çexiyanın Ukraynaya 800 min mərmi tədarükü təşəbbüsünə qoşulub

Varşava üçüncü ölkələrdən Ukrayna üçün 800 min artilleriya mərmisi almaq üçün Çexiyanın təşəbbüsünə qoşulub. 

"Operativ Media" xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

"Bəli, biz bu təşəbbüsdə iştirak edirik", - nazir deyib.

Sikorski Polşanın hansı töhfə verməyi planlaşdırdığını dəqiqləşdirməkdən imtina edib, lakin bu dəstəyi əhəmiyyətli adlandırıb.

Çexiyanın baş naziri Petr Fiala çərşənbə axşamı bildirib ki, təşəbbüs 18 Qərb ölkəsi tərəfindən dəstəklənib, 300 min mərmi alınması artıq təsdiqlənib və daha 200 minə yaxın mərmi vəd edilib: "Bu yardımın Ukrayna Silahlı Qüvvələrinə çatması üçün aylar lazım olacaq".
 

Teqlər:

"Pol\u015fa \u00c7exiyan\u0131n Ukraynaya 800 min m\u0259rmi t\u0259dar\u00fck\u00fc t\u0259\u015f\u0259bb\u00fcs\u00fcn\u0259 qo\u015fulub"

Əlaqəli Xəbərlər