İsrail ordusu Hizbullahın hərbi obyektlərinə zərbələr endirib
İsrail Müdafiə Qüvvələri (IDF) Livandakı Hizbullah hərəkatının hərbi obyektlərinə cavab zərbələri endirdiyini bildirib.
"Operativ Media" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Son bir neçə saat ərzində İsrailin şimalındakı Zarit, Ştula və Roş Hanikra ərazilərində Livandan çox sayda raket və mərmi atışları qeydə alınıb. Bu yaxınlarda İDF döyüşçüləri Əl-Ədisdə Hizbullah terrorçularının hədəflərinə hücum edib", - məlumatda deyilir.
"Bundan əlavə, İDF əsgərləri hücumların gəldiyi ərazilərə artilleriya atəşi ilə cavab verib və həmçinin təhdidi aradan qaldırmaq üçün Livanda əlavə ərazilərə zərbələr endiriblər", - mətbuat xidməti əlavə edib.
Teqlər:
"\u0130srail ordusu Hizbullah\u0131n h\u0259rbi obyektl\u0259rin\u0259 z\u0259rb\u0259l\u0259r endirib"