Ağ Ev ABŞ-nin İsrailə silah tədarükünü məhdudlaşdırmayacağını bildirib
ABŞ hazırkı mərhələdə İsrailə silah və sursat tədarükünə məhdudiyyətlər qoymaq niyyətində deyil.
"Operativ Media" xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ-nin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
"Biz ardıcıl olaraq açıq şəkildə bildirdik ki, hazırkı siyasətimiz sizin dediyiniz addımları əhatə etmir. Biz yardımları dayandırmaq niyyətində deyilik", - Amerika liderinin müşaviri, İsrailə silah ötürülməsinə məhdudiyyətlərin tətbiqi perspektivini şərh edərkən deyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net