Menyu

Borell Qəzzada humanitar böhranın yaranmasına İsrailin səbəb olduğunu deyib

Borell Qəzzada humanitar böhranın yaranmasına İsrailin səbəb olduğunu deyib

"Qəzzada humanitar böhran İsrailin bölgəyə humanitar yardımın çatmasının qarşısını alması ilə baş verib".

"Operativ Media" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Xosep Borell bildirib.

ABŞ-nin Nyu-York şəhərindəki Birləşmiş Millətlər Təşkilatının (BMT) binasında təşkil edilən mətbuat konfransında çıxış edən Borell "İsrailin tez-tez hədəfində olan" BMT-nin Baş katibi Antonio Quterreşi dəstəklədiyini ifadə edib: "Onun arxasında olduğumu ifadə etdim. xüsusilə məruz qaldığı haqsız hücumlara qarşı onu dəstəkləyirəm".

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada vəziyyətin gündən-günə pisləşdiyinə diqqət çəkən Borrell əlavə edib: "Qəbiristanlıqlardan universitetlərə, əhali qeydlərindən daşınmaz əmlak qeydlərinə qədər cəmiyyəti təşkil edən hər şey sistematik şəkildə məhv edilib. Genişmiqyaslı təxribat yüzlərlə, minlərlə insanın aclıqdan ölməsinə səbəb oldu, səhiyyə və humanitar xidmətlərdə çatışmazlığına səbəb olur".

Teqlər:

"Borell Q\u0259zzada humanitar b\u00f6hran\u0131n yaranmas\u0131na \u0130srailin s\u0259b\u0259b oldu\u011funu deyib"

Əlaqəli Xəbərlər