Menyu

Binəqədidə “Toyota Prius” qaçırılıb

Nərmin Qocamanlı
Binəqədidə “Toyota Prius” qaçırılıb

Martın 12-si gecə saatlarında Binəqədi rayonu ərazisindən “Toyota Prius” markalı avtomobilin qaçırılması barədə 5-ci Polis Bölməsinə məlumat daxil olub.
 
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, görülmüş tədbirlərlə avtomobil həmin gün Nəsimi rayonu ərazisində tapılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Məhəmməd Ələkbərov “Mercedes” markalı digər avtomobili idarə edərkən saxlanılıb. 

Onun həmin avtomobili də Nərimanov rayonu ərazisindən qaçırması müəyyən olunub.

Araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər