Menyu

Avtovağzalın qarşısında qəza olub, sıxlıq yaranıb

Nərmin Qocamanlı
Avtovağzalın qarşısında qəza olub, sıxlıq yaranıb
1 dəq oxu

Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Operativ Media"ya verilən məlumata görə, qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.

NİİM-in əməkdaşları tərəfindən ərazidə xidmət aparan yol polisi əməkdaşlarına məlumat veriblər. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün tədbirlər görülür.

Əlaqəli Xəbərlər