Menyu

Sabunçu rayonunda 3 ədəd “Kalaşnikov” və 175 ədəd patron aşkar olunub

Nərmin Qocamanlı
Sabunçu rayonunda 3 ədəd “Kalaşnikov” və 175 ədəd patron aşkar olunub

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polisi Şöbəsi və 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər zamanı Kürdəxanı və Maştağa qəsəbələri ərazilərindən 2 ədəd “Kalaşnikov” markalı avtomat 40 ədəd patron və 2 ədəd patron darağı aşkar olunub. 

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Sabunçu RPİ-nin Cinayət Axtarış Şöbəsinin (CAŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı isə əvvəllər məhkum olunmuş 1980-cü il təvəllüdlü Məmmədov Əşrəf üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.

Ondan “Kalaşnikov” markalı avtomat, 5 ədəd patron darağı və 135 ədəd patron aşkar olunaraq götürülüb. Ə.Məmmədov silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə könüllü təhvil vermək əvəzinə özündə saxladığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər