Menyu

Qəzzada daha 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Nərmin Qocamanlı
Qəzzada daha 2 nəfər ölüb, 4 nəfər yaralanıb

İsrail ordusu Qəzza şəhərinin şimalındakı Ed-Durc və Ez-Zeytun məhəllələri ilə Səlahəddin və Sahabe küçələrini hava hücumları, artilleriya atəşi və raketlərlə vurub. .

"Operativ Media" xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi "WAFA" məlumat yayıb.

Bildirilib ki, İsrail ordusunun Ed-Durk rayonunda bir evi hədəf alması nəticəsində 2 nəfər ölüb, 4 uşaq yaralanıb.

Qəzza zolağının mərkəzi və şimal bölgələrini tank və artilleriya atəşi ilə vuran İsrail ordusu səhər saatlarına qədər ölkənin cənubunda yerləşən Xan Yunus şəhərinin şimal və qərb hissələrini və Həməd qəsəbəsini də döyüş təyyarələri ilə bombalayıb.

Teqlər:

"Q\u0259zzada daha 2 n\u0259f\u0259r \u00f6l\u00fcb 4 n\u0259f\u0259r yaralan\u0131b"

Əlaqəli Xəbərlər