Menyu

Binəqədidə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən və silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib

Nərmin Qocamanlı
Binəqədidə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən və silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı Biləcəri və Xocəsən qəsəbələri ərazilərindən 2 ədəd “Kalaşnikov” avtomatı, 59 ədəd patron və 2 ədəd patron darağı aşkar olunaraq götürülüb.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Həmçinin, İdarə əməkdaşları tərəfindən fevral ayının əvvəlindən bu günə qədər keçirilən əməliyyatlar zamanı Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 51 nəfər saxlanılıb.

Həmin şəxslərdən 7 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkar edilib. Qeyd edilən dövrdə vətəndaşlarla aparılaran profilaktik söhbətlər zamanı 13 ədəd odlu silah və 3600 ədəd patron polis əməkdaşlarına könüllü təhvil verilib.

Teqlər:

"Bin\u0259q\u0259did\u0259 narkotikl\u0259rin qanunsuz d\u00f6vriyy\u0259sini t\u0259\u015fkil ed\u0259n v\u0259 silahl\u0131 \u015f\u0259xsl\u0259r\u0259 qar\u015f\u0131 \u0259m\u0259liyyatlar ke\u00e7irilib"

Əlaqəli Xəbərlər