Vaşinqton administrasiyası nüvə arsenalını genişləndirməyi ciddi şəkildə düşünür, lakin hələlik yekun qərar verilməyib.
"Operativ Media" xəbər verir ki, bunu ABŞ Energetika Nazirliyi yanında Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) birinci müavini Frenk Rouz deyib.
"Nüvə arsenalının genişləndirilməsi ilə bağlı ikinci sualınız haqqında deyəcəm. Bir çoxlarınız bildiyiniz kimi, Amerika Nüvə Doktrinası üzrə Komissiya bəyan edib ki, dəyişən təhlükəsizlik çağırışlarına, xüsusən də nüvə silahlarına cavab vermək üçün bizə daha çox silah və yaxud daha çox növ silah lazım ola bilər. Və mən deyərdim ki, indiki mərhələdə administrasiya bizə daha çox ehtiyacımız olub-olmadığına dair qərar qəbul etməyib", - o qeyd edib.
Rouz qeyd edib ki, ABŞ-nin 2024-cü maliyyə ili büdcəsinə "yeni təhlükəsizlik mühitində" Birləşmiş Ştatların hansı növ yeni imkanların tələb olunacağını qiymətləndirmək üçün ilkin "tədqiqatlar" aparmaq üçün 50 milyon dollar nəzərdə tutulub.