İsveçrə Ukraynaya minatəmizləmə və yanğınsöndürmə avadanlığı göndərdi və bu materialları daşıyan üç yük maşınından birincisi Kiyevə gəlib.
"Operativ Media" xəbər verir ki, bu barədə İsveçrə Federal Şurası (hökumət) məlumat yayıb.
"Planlaşdırılan tədarük humanitar minatəmizləmə və yanğınsöndürmə avadanlığı, yanğınsöndürən maşınlar üçün ehtiyat hissələri, həmçinin tibbi ləvazimatlardan ibarətdir", - məlumatda deyilir.
Yardıma həmçinin yük maşınlarının ehtiyat hissələri, yanğınsöndürmə avadanlıqları, yanğınsöndürən köpük, qoruyucu geyimlər, tibbi əlcəklər və peyvənd dəstləri daxildir.
2023-cü ilin sentyabrında hökumət "mülki və kənd təsərrüfatı ərazilərinin minalardan təmizlənməsi və ölkənin yenidən qurulmasını təmin etmək üçün" Ukraynaya 100 milyon frank (təxminən 114 milyon dollar) ayrılmasını təsdiqləyib. 2023-cü ildə İsveçrə yanğınsöndürən və təcili yardım maşınlarını Ukraynaya köçürüb.