Çin və NATO hərbçiləri Ukraynadakı münaqişəni müzakirə ediblər
Çin və NATO Ukraynadakı münaqişəni, təhlükəsizlik məsələlərini və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək üçün Pekində səkkizinci illik hərbi görüş keçirib.
"Operativ Media" xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti bildirib.
"NATO Hərbi Əməkdaşlıq Direktoru Dacan-Tiberiu Serbanın başçılıq etdiyi NATO nümayəndə heyəti Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının Beynəlxalq Hərbi Əməkdaşlıq Departamentinin rəis müavini general-mayor Yao Qin ilə görüşüb", - NATO-nun məlumatında deyilir.
Onlar qeyd ediblər ki, görüş zamanı qlobal və regional təhlükəsizliklə bağlı məsələlər, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı, həmçinin qarşılıqlı narahatlıq doğuran məsələlər müzakirə olunub.
Teqlər:
"\u00c7in v\u0259 NATO h\u0259rb\u00e7il\u0259ri Ukraynadak\u0131 m\u00fcnaqi\u015f\u0259ni m\u00fczakir\u0259 edibl\u0259r"