Menyu

Slovakiya: Ukraynadakı münaqişə tezliklə həll olunmalıdır

Slovakiya: Ukraynadakı münaqişə tezliklə həll olunmalıdır

Slovakiyanın Milli Şurasının (birpalatalı parlament) sədri və seçkiləri martın 23-də keçiriləcək respublika prezidenti postuna əsas namizəd Peter Pelleqrini Ukraynadakı münaqişənin tezliklə həllini zəruri hesab edir. 

"Operativ Media" xəbər verir ki, bu barədə o, Slovak Radiosuna bildirib.

"Slovakiyanın mövqeyi aydındır: biz təcavüzkarın kim olduğunu, kimin kimə hücum etdiyini, kimin beynəlxalq hüququ pozduğunu bilirik, lakin biz sülh, beynəlxalq hüquqa əsaslanan ədalətli, davamlı sülh istəyirik. Qan tökülməsinə tezliklə son qoyulmasını istəyirik. Biz çoxlu sayda hərbi toqquşmaların şahidi olduq. Onların yalnız kiçik bir hissəsi tərəflərdən birinin təslim olması ilə başa çatdı. Əksəriyyəti sülh və ya barışıqla başa çatdı. Kim düşünürsə ki, nüvə silahına malik olan Rusiyanı məğlub etmək olar, hərbi cəhətdən böyük miqyaslı fəlakət baş verməsə, mən onunla razılaşmıram", - Pelleqrini bildirib.

Parlament sədri ilk növbədə döyüşləri dayandırmağı zəruri hesab edir: "Bu, münaqişənin diplomatik üsullarla tezliklə həllinə imkan verəcək". 


 

Teqlər:

"Slovakiya: Ukraynadak\u0131 m\u00fcnaqi\u015f\u0259 tezlikl\u0259 h\u0259ll olunmal\u0131d\u0131r"

Əlaqəli Xəbərlər