Ana səhifə / Dünya / İndoneziya sahillərində 6 maqnitudalı zəlzələ baş verib İndoneziya sahillərində 6 maqnitudalı zəlzələ baş verib 14.03.2024, 07:06 Əziz Əzizli İndoneziya sahillərində Molukka dənizində 6 bal gücündə zəlzələ qeydə alınıb. "Operativ Media" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Təbii fəlakətin episentri 451 min insanın yaşadığı Manado şəhərindən (Sulavesi adası) 199 kilometr cənub-şərqdə olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
13.06.2026, 21:18 Bakı-Naxçıvan reysini icra edən təyyarə ildırımlı hava şəraiti səbəbindən geri qayıdıb