Menyu

Ötən gün 5,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Nərmin Qocamanlı
Ötən gün 5,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
1 dəq oxu

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 13-də ümumi çəkisi 5,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3 kiloqramdan artıq heroin, 1 kiloqramdan çox metamfetamin, 1,3  kiloqrama yaxın marixuana və tiryək olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Əlaqəli Xəbərlər