Rusiya və Çin arasında imzalanmış anlaşma memorandumuna əsasən, Ayda nüvə reaktorunun tikilməsi layihəsinin 2035-ci ilə qədər başa çatdırılması planlaşdırılır.
"Operativ Media" xəbər verir ki, nüvə reaktoru gələcək Beynəlxalq Ay Tədqiqat Stansiyasını gücləndirmək üçün əsas olacaq. Günəş panelləri bu işi yerinə yetirə bilmədiyi üçün nüvə enerjisi yeganə əlverişli seçimdir.
"Roskosmos"un baş direktoru Yuri Borisov təsdiqləyib ki, Rusiya və Çin layihənin birgə həyata keçirilməsi imkanlarını ciddi şəkildə nəzərdən keçirirlər.
"Mürəkkəb tikinti işləri böyük ehtimalla avtonom şəkildə, insan müdaxiləsi olmadan aparılacaq. Ay reaktorunun tikintisi texnologiyaları, demək olar ki, hazırdır ki, bu da bizə bu iddialı missiyanı başa çatdırmağın reallığından danışmağa imkan verir", - deyə o qeyd edib.
Ayda nüvə reaktorunun yaradılması alimlərə yeni tədqiqatlar aparmağa, Ayın səthini öyrənməyə və bəlkə də gələcək Ayın kolonizasiyasına yol açmağa imkan verəcək.