Menyu

Marsda əvvəllər məlum olmayan nəhəng vulkan kəşf edilib

Nərmin Qocamanlı
Marsda əvvəllər məlum olmayan nəhəng vulkan kəşf edilib

Alimlər Marsda Tarsis vulkanik bölgəsinin şərq hissəsində əvvəllər məlum olmayan nəhəng vulkan kəşf ediblər.

"Operativ Media" xəbər verir ki, bu barədə "Phys.org" məlumat yayıb.

Obyekt ilkin olaraq "Vulkan Noctis" kimi müəyyən edilib. Onun hündürlüyü 9022 metr, eni isə 450 km-dir.

Alimlər vulkanın uzun müddətdir aktiv olduğu qənaətinə gəliblər. Bildirilib ki, cənub-şərq hissəsində nisbətən təzə vulkanik çöküntülər var, onların altında buz örtüyü qorunub saxlanıla bilər.

"Noctis" vulkanlara xas olan konusvari formaya malik deyil. Lakin daha yaxından araşdırdıqdan sonra elm adamları vulkanik obyektlərin əsas xüsusiyyətlərini, məsələn, bir vaxtlar lava gölünün dayandığı çökmüş krater olan kalderanın qalıqlarını tapmağı bacarıblar.

Vulkanın tədqiqi alimlərə Marsın geoloji tarixini daha yaxşı başa düşməyə imkan verəcək. Mütəxəssislər qədim dövrlərdə onun ətrafında həyatın inkişafı üçün əlverişli qaynar su hövzələrinin ola biləcəyini də irəli sürüblər.

Teqlər:

"Marsda \u0259vv\u0259ll\u0259r m\u0259lum olmayan n\u0259h\u0259ng vulkan k\u0259\u015ff edilib"

Əlaqəli Xəbərlər