Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Dekabrın 14-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-dən "Operativ Media"ya verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 86, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.    

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Digər xəbərlər