Macarıstan və Ukrayna malların sərhəddən keçirilməsinə dair saziş hazırlayıb
Macarıstan və Ukrayna yeni sərhəd keçidinin açılması və iki ölkənin sərhədində yük maşınlarının hərəkəti ilə bağlı saziş hazırlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermakla telefon danışığından sonra bildirib.
“Polşa-Ukrayna sərhədindəki gərginlik Macarıstan-Ukrayna sərhədində nəqliyyatın artmasına səbəb olub. Yaxşı xəbər ondan ibarətdir ki, biz Nagyhodos və Nagypalad arasında yeni sərhəd-keçid məntəqəsi açmağa, həmçinin yük maşınlarının bu sərhəddən keçməsinə icazə verməyə razılaşdıq. Müqavilənin mətni artıq hazırdır və biz onu yaxın vaxtlarda imzalaya biləcəyik”, - Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.
Teqlər:
"Macar\u0131stan v\u0259 Ukrayna mallar\u0131n s\u0259rh\u0259dd\u0259n ke\u00e7irilm\u0259sin\u0259 dair sazi\u015f haz\u0131rlay\u0131b"