Menyu

İsveç Ukraynaya yardım kampaniyasına 30 milyon avro ayıracaq

İsveç Ukraynaya yardım kampaniyasına 30 milyon avro ayıracaq

İsveç Çexiyanın Ukraynanı artilleriya mərmiləri ilə təmin etmək təşəbbüsünü dəstəkləyir və bu məqsədlə 30 milyon avro ayırmağa hazırdır. Ölkə hökuməti Müdafiə Nazirliyinin maddi təminat idarəsinə müvafiq danışıqların aparılması və belə bir müqavilənin bağlanması üçün Müdafiə Nazirliyinin müvafiq idarələrinə göstəriş vermək qərarına gəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə Çexiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Ukraynanın sursata ehtiyacı xüsusilə artilleriya üçün böyükdür. Çexiya Ukraynaya təhvil vermək üçün dünya bazarından böyük miqdarda sursat almaq imkanını müəyyən edib. Hökumət bu məsələdə Çexiyaya dəstək vermək istəyir", - İsveçin müdafiə naziri Pol Conson deyib.

Maliyyələşdirmə parlamentdə baxılan 15-ci dəstək paketi çərçivəsində verilir.

Ümumilikdə 2022-ci ilin fevral ayından İsveç Ukraynaya yardım üçün təxminən 37 milyard kron (3,58 milyard dollar) ayırıb. 

Teqlər:

"\u0130sve\u00e7 Ukraynaya yard\u0131m kampaniyas\u0131na 30 milyon avro ay\u0131racaq"

Əlaqəli Xəbərlər