Diyarbəkirdə terrorçuların istifadə etdiyi 11 sığınacaq və 2 anbar dağıdılıb
Diyarbakırın Lice mahalının çöl ərazisində şəhid çavuş Zinnur Ezim əməliyyatında çoxlu silah-sursat, narkotik və sığınacaqlar üçün materiallar ələ keçirilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Diyarbakır Qubernatorluğundan bildirilib.
Məlumata görə, Bölgə Jandarma Komandanlığı tərəfindən separatçı terror təşkilatı ilə narkotik vasitələrin istehsalı və ticarəti ilə məşğul olanlar arasında əlaqənin konkret dəlillərlə üzə çıxarılması, əməliyyat bölgəsində gizlədilən narkotiklərin tapılması məqsədi ilə həyata keçirilən əməliyyatda cinayətkarların məsuliyyətə cəlb edilməsi uğurla başa çatıb.
Əməliyyat zamanı 155 millimetr diametrli artilleriya sursatı, 9 reaktiv yaylım atəşi patronu, 12 min patron, piyada tüfəngi maqazin və çənək, 58 kiloqram ot, 81 kiloqram toz marixuana, 22 boru, 76 yataq kisəsi, 2 terrorist aşkar edilib. 11 sığınacaq və 2 anbarda paltar, 8 çadır, panço, 23 bidon, kömür sobası, 3 akkumulyator bloku, külək sayğacı, 2 video pleyer, 3 şarj adapteri, fənər, 2 çətir, 3 cüt ayaqqabı və bir çox yaşayış materialları ələ keçirilib.
Teqlər:
"Diyarb\u0259kird\u0259 terror\u00e7ular\u0131n istifad\u0259 etdiyi 11 s\u0131\u011f\u0131nacaq v\u0259 2 anbar da\u011f\u0131d\u0131l\u0131b"