"Bu ilin sonunadək azad olunan ərazilərə 5 mindən çox ailə köçürüləcək"
Nərmin Qocamanlı
Bu ilin sonunadək işğaldan azad olunan 25 yaşayış məntəqəsi üzrə ümumilikdə 5 min 171 ailənin (20 min nəfərdən çox) köçürülməsi planlaşdırılır.
"Operativ Media" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov bildirib.
"Bundan başqa, əsas vəzifələrdən biri də Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilədək 34 500 ailənin (140 min nəfərin) doğma torpaqlarına qayıdışı təmin olunmalıdır", - deyə o qeyd edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma