Kəlbəcər rayonu ərazisində inşaat şirkətinə məxsus “HOWO” markalı yük avtomobilinin qaçırılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, Kəlbəcər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən orada sürücü işləyən Goranboy rayon sakini Elçin İsmayılov saxlanılıb. Avtomobil şirkətə təhvil verilib.
Araşdırma aparılır.