Dövlət Məşğulluq Agentliyi bu il 104 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib

Nərmin Qocamanlı
Dövlət Məşğulluq Agentliyi bu il 104 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 11 ayında 104 min işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Nazirlikdən "Operativ Media"ya verilən xəbərə görə, 36,1 min şəxs münasib işlərlə təmin edilib, 15,9 min şəxs kiçik təsərrüfatlarını qurmaları üçün özünüməşğulluq proqramına cəlb edilib, 4,1 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 47,9 min şəxsə peşəyönümü xidmətlər göstərilib.

Digər xəbərlər