Blinken: ABŞ İsrailin Rəfahı boşaltmaq niyyətində olduğunu görmür
Birləşmiş Ştatlar hələ də İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərindən mülki fələstinliləri evakuasiya etmək və onlara adekvat yardım göstərmək planlarını görməyib.
"Operativ Media" xəbər verir ki, bunu Vyanaya səfərindən sonra Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqlə birgə mətbuat konfransında çıxış edən ABŞ dövlət katibi Antoni Blinken deyib.
"Mülkiləri nəinki təhlükə zonalarından çıxarmaq, həm də təhlükəsiz olduqları zaman onlara lazımi qayğı, sığınacaq, yemək, tibbi yardım və geyim təmin etmək üçün aydın və icra edilə bilən bir plan görməliyik. Biz hələ də belə bir plan görməmişik", - Blinken bildirib.