Menyu

Makron: Paris, Berlin və Varşava Ukraynada eskalasiyaya təşəbbüs etməyəcək

Makron: Paris, Berlin və Varşava Ukraynada eskalasiyaya təşəbbüs etməyəcək

Almaniya, Polşa və Fransa heç vaxt Ukraynada münaqişənin gərginləşməsinə təşəbbüs etməyəcəkləri barədə razılığa gəliblər. 

"Operativ Media" xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Almaniya kansleri Olaf Şolts və Polşanın baş naziri Donald Task ilə Veymar üçbucağı formatında görüşündən sonra deyib.

"Biz ilk gündən tutduğumuz xətti davam etdirəcəyik: heç vaxt Ukraynada hər hansı eskalasiyanın təşəbbüskarı olmayacağıq", - Makron Yelisey Sarayının "X" səhifəsində yayımlanan çıxışında deyib.

Eyni zamanda, Fransa lideri bildirib ki, Veymar üçbucağına daxil olan ölkələr "lazım olana qədər" Ukraynaya dəstək vermək niyyətindədirlər. O, həmçinin bəyan edib ki, Paris, Berlin və Varşava Aİ-də kifayət qədər silah istehsalının olmaması səbəbindən Praqanın üçüncü ölkələrdə Kiyev üçün silah almaq təşəbbüsünü dəstəkləyir. Bundan əlavə, Makron Ukraynaya uzaqmənzilli raketlərin tədarükü üçün koalisiya yaratmaq planlarını təsdiqləyib.

Görüş iştirakçıları Moldovanı dəstəkləməyə də razılaşıblar. 


 

Teqlər:

"Makron: Paris Berlin v\u0259 Var\u015fava Ukraynada eskalasiyaya t\u0259\u015f\u0259bb\u00fcs etm\u0259y\u0259c\u0259k"

Əlaqəli Xəbərlər