Rusiyaya məxsus sərnişin təyyarəsi Bakıya təcili eniş edib

Nərmin Qocamanlı
Rusiyaya məxsus sərnişin təyyarəsi Bakıya təcili eniş edib

Rusiyanın "Utair" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib.

"Operativ Media" xəbər verir ki, Moskva-Gəncə marşrutu üzrə reys həyata keçirən hava gəmisinin kapitanı təyinat yerini bürüyən dumanla əlaqədar Bakı aeroportuna eniş sorğusu göndərib. "Boeing 737" markalı təyyarəsi yerli vaxt ilə saat 10:42-də hava limanına enib.

Digər xəbərlər