Menyu

Avstriya XİN: İsrailin Rəfah əməliyyatı fəlakətə səbəb olacaq

Avstriya XİN: İsrailin Rəfah əməliyyatı fəlakətə səbəb olacaq

İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərində mülki əhalinin müdafiəsi ilə bağlı dəqiq planı olmadan həyata keçirəcəyi əməliyyat humanitar fəlakətə səbəb olacaq. 

"Operativ Media" xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq ABŞ dövlət katibi Antoni Blinkenlə keçirdiyi mətbuat konfransında deyib.

"Aydındır ki, Qəzzada mülki şəxslərin müdafiəsi üçün daha çox iş görülməlidir. Aydın olan humanitar qanunlar hər kəsə, hər yerə aiddir. Mülki əhalinin müdafiəsi üçün nə ediləcəyi ilə bağlı düşünülmüş plan olmadan Rəfahdə hərbi hücumun baş verməsi, humanitar fəlakətlə nəticələnəcək. Girovları Qəzzadan çıxarmaq və Qəzzaya daha çox humanitar yardım çatdırmaq üçün humanitar fasilə lazımdır", - Şallenberq bildirib.

Teqlər:

"Avstriya X\u0130N: \u0130srailin R\u0259fah \u0259m\u0259liyyat\u0131 f\u0259lak\u0259t\u0259 s\u0259b\u0259b olacaq"

Əlaqəli Xəbərlər