Menyu

Türkiyə XİN: Gürcüstanın ərazi bütövlüyünə hörmət etmək lazımdır

Türkiyə XİN: Gürcüstanın ərazi bütövlüyünə hörmət etmək lazımdır

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən 9-cu üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Hakan Fidan Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsinin vacibliyini vurğulayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Onun sözlərinə görə, görüş zamanı Türkiyə tərəfi Gürcüstan hökumətinin Abxaziya və Cənubi Osetiyadakı münaqişələrin sülh yolu ilə həllinə yönəlmiş siyasətini tam dəstəklədiyini bir daha təsdiqləyib.

Türkiyənin xarici işlər naziri Gürcüstanı Avropa İttifaqına namizəd ölkə statusu alması münasibətilə təbrik edib. O, əmin edib ki, Ankara Tiflisin Avro-Atlantik siyasi və təhlükəsizlik strukturlarına gələcək inteqrasiyasını dəstəkləməyə davam edəcək.
 

Teqlər:

"T\u00fcrkiy\u0259 X\u0130N: G\u00fcrc\u00fcstan\u0131n \u0259razi b\u00fct\u00f6vl\u00fcy\u00fcn\u0259 h\u00f6rm\u0259t etm\u0259k laz\u0131md\u0131r"

Əlaqəli Xəbərlər