16 Mart 2024, 09:20
"Tiktok"da tanış olduğu şəxsdən narkotik vasitə alan Lənkəran sakini saxlanılıb - FOTO
"Tiktok"da tanış olduğu şəxsdən narkotik vasitə alan Lənkəran sakini saxlanılıb - FOTO şəkil
"Tiktok"da tanış olduğu şəxsdən narkotik vasitə alan Lənkəran sakini saxlanılıb - FOTO

"Tiktok"da tanış olduğu şəxsdən narkotik vasitə alan Lənkəran sakini saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Rüstəmli Məhərrəm saxlanılıb.

Onun avtomobilinə baxış zamanı 6 kiloqram marixuana aşkar edilib. M.Rüstəmlinin narkotiki "Tiktok" platformasında tanış olduğu İran vətəndaşından satmaq məqsədilə əldə etdiyi müəyyən edilib.

Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir ay ərzində rayon ərazisində keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 35 nəfər saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Son xəbərlər
"Şamaxı" Cəlal Hüseynovu yola saldı
MEDİA jurnalistlərə və ictimai fəallara çağırış edib
İsrail İranın Şiraz şəhərini bombalayıb
İsrail İranın Natanz nüvə obyektinə hücuma başlayıb
TikTok-da yaşlı insanlarla bağlı etik sərhədlər aşılır – Sosioloq
Azərbaycan və BƏƏ sənaye sahəsində əməkdaşlığı müzakirə edib
HƏMAS: İsrailin İrana hücumu regional partlayışa səbəb ola biləcək təhlükəli hadisədir
İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 95 nəfər yaralanıb - YENİLƏNİB