Ana səhifə / Dünya / Qəzza zolağına havadan 140 qutu humanitar yardım atılıb Qəzza zolağına havadan 140 qutu humanitar yardım atılıb 16.03.2024, 10:03 Son 24 saat ərzində Qəzza zolağına ən azı 140 qutu humanitar yardım daşınıb. "Operativ Media" xəbər verir ki, bu barədə "X"də Fələstin ərazilərində İsrail hökumətinin fəaliyyətinin əlaqələndirilməsi idarəsi məlumat yayıb. İdarənin açıqlamasında qeyd edilir ki, qutular İordaniya tərəfindən çatdırılıb. Bundan əlavə, son 24 saat ərzində quru keçid məntəqələri vasitəsilə Qəzza zolağına daha 1730 ton humanitar yardım çatdırılıb. Teqlər: "Q\u0259zza zola\u011f\u0131na havadan 140 qutu humanitar yard\u0131m at\u0131l\u0131b"