Menyu

Kim Çen İn: Şimali Koreya ordusu müharibəyə hazır olmalıdır

Kim Çen İn: Şimali Koreya ordusu müharibəyə hazır olmalıdır

Şimali Koreya lideri Kim Çen İn bu həftə keçirilən Koreya Xalq Ordusunun (KPA) hava-desant qoşunlarının təlimlərinə rəhbərlik edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Qeyd olunur ki, Şimali Koreya liderini səfərdə KXDR-in müdafiə naziri Kanq Sun Nam və KPA Baş Qərargahının rəisi Li Yonq Qir də müşayiət ediblər. KCNA-nın məlumatına görə, Kim Çen İn KPA-nın qarşısında duran əsas vəzifənin "müharibəyə hazırlaşmaq" olduğunu vurğulayıb.

Şimali Koreya agentliyi ondan sitat gətirib: "Bütün hərbi qulluqçular düşmənə müqavimət göstərmək iradəsinə malik olmalı və müharibə başlayarsa, tarixi yenidən yazmağa hazır olmalıdırlar". 

Əlaqəli Xəbərlər