16 Mart 2024, 13:01
Sabah Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq
Sabah Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq şəkil
Sabah Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə "Operativ Media"ya Milli Hidrometeorolgiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Mülayim şimal küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq. havanın temperaturu gecə 4-7° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Əksər rayonlarda əsasən yağmursuz olacağı gözlənilir. Lakin gecə və axşama doğru bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

Son xəbərlər
Araqçi: ABŞ İranı vurmaq üçün İsrailə yaşıl işıq yandırıb
Bir sıra generalların vəzifədə olması üçün yaş senzinin ləğvi ilə bağlı qanuna dəyişiklik qüvvəyə minib
Milli Məclisin növbəti iclası iyunun 21-də keçiriləcək
Uşaq ədəbiyyatının mənəvi tərbiyədə rolu
Rusiya aviaşirkətlərinə 4 ölkənin hava məkanında uçuşlar qadağan edilib
Peskov: Rusiya İran və İsrail arasında gərginliyin kəskin artmasından narahatdır
Fridrix Merz: Almaniyadakı yəhudi qurumlarının müdafiəsi artırılacaq
Bəzi çaylarda sululuq artacaq