Türkiyə ordusu 2 PKK terrorçusunu zərərsizləşdirib
İraqın şimalında "Pence-Kilit" əməliyyatı bölgəsində 2 PKK terrorçusu zərərsizləşdirilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabında paylaşım edilib.
Paylaşımda aşağıdakı ifadələr yer alıb:
"İraqın şimalında "Pence-Kilit" əməliyyatı bölgəsində aşkarlanan 2 PKK terrorçusu Türk Silahlı Qüvvələrimiz tərəfindən zərərsizləşdirilib. Harada olursa olsun terror təşkilatı PKK ilə mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək!"