Şahdağa qar yağır - FAKTİKİ HAVA
Azərbaycanda faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, martın 16-sı saat 15:00-a olan məlumatına əsasən Göygöl, Gəncə, Oğuz, Şəki, Qaxda yağış, Şahdağda qar yağır.
Martın 16-da Kürdəmir rayonunun Atakişilər kəndinə saat 03.20-03.25 radələrində diametri 0.5-0.8 mm, saat 12.30 radələrində isə Naxçıvanda 0.5 mm olan dolu düşüb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da və Aran rayonlarında 15, dağlıq rayonlarda 11 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 1 dərəcə şaxta qeydə alınıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net