Menyu

Mil-Muğan kanalında balıq ovlayan şəxs saxlanılıb

Mil-Muğan kanalında balıq ovlayan şəxs saxlanılıb

Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Baş Mil-Muğan kanalının Saatlı rayonu ərazisindən keçən hissəsində kustar üsulla hazırlanmış ov qurğularından istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olan Sabirabad rayon sakini A.Mansurov saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, həmin şəxsdən müxtəlif növ ov qurğuları, eləcə də qanunsuz ovlanmış şamayı və külmə balığı aşkar edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər