Menyu

Qəzzaya hava yolu ilə humanitar yardım edilib

Qəzzaya hava yolu ilə humanitar yardım edilib

İordaniya ordusu Misir, ABŞ və Almaniyanın iştirakı ilə Qəzza zolağının şimalına 5 havadan yardım atma əməliyyatı həyata keçirib.

"Operativ Media" bu barədə xarici mediaya istinadən xəbər verir.

Əməliyyatın Qəzzada aylardır davam edən qarşıdurmalardan zərər çəkmiş mülki şəxslərə ilkin yardımların təmin edilməsi məqsədi daşıdığı və əməliyyat çərçivəsində 16 paket düyü, un, süd, makaron və konservlərin veriləcəyi qeyd edilib. Yardım paketini əraziyə İordaniya Hava Yollarına məxsus iki "C130" təyyarəsi çatdırıb.

Teqlər:

"Q\u0259zzaya hava yolu il\u0259 humanitar yard\u0131m edilib"

Əlaqəli Xəbərlər