Menyu

"TikTok"un ABŞ-dəki gəliri 16 milyard dollara çatıb

Nərmin Qocamanlı
"TikTok"un ABŞ-dəki gəliri 16 milyard dollara çatıb

"TikTok" sosial şəbəkəsinin ABŞ-dəki gəliri qadağalara baxmayaraq, 2023-cü ildə təxminən 16 milyard dollara çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "ByteDance" şirkətinin hesabatında qeyd olunub.

"TikTok" ABŞ-də, o cümlədən başqa ölkələrdə olduqca populyardır. Şirkətin hesabatından məlum olur ki, sosial şəbəkənin sahibi olan "ByteDance"un ümumi gəliri 2023-cü ildə 120 milyard dollara çatıb və il ərzində 40% artıb. Eyni zamanda şirkət gəlirinin böyük hissəsini, təbii ki, Çindən əldə edir.

Sosial şəbəkələrin qazancı ilk növbədə ödəniş edən istifadəçilərin sayından asılı olduğundan şirkət ABŞ-də "TikTok"un məcburi satışı ilə bağlı qəbul edilən qanuna münasibət bildirib. 

Hesabatda qeyd olunub ki, il ərzində sosial şəbəkənin ABŞ-dəki auditoriyası 170 milyon nəfərə çatıb və artım davam edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər