Menyu

60 mindən çox daşınmaz əmlakın mülkiyyət hüququnun qeydiyyatı aparılıb

Nərmin Qocamanlı
60 mindən çox  daşınmaz əmlakın mülkiyyət hüququnun qeydiyyatı aparılıb

Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 60 093 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını aparıb.

"Operativ Media" Dövlət Xidmətinə istinadən xəbər verir ki, bunun 9 349-u ilkin, 50 744-ü isə təkrar qeydiyyatın payına düşüb.

2 ay ərzində fərdi yaşayış və bağ evləri üzərində 8 753, mənzillər üzərində 13 248, torpaq sahələri üzərində 36 258, qeyri-yaşayış binaları üzərində 512, qeyri-yaşayış sahələri üzərində 1 220, əmlak kompleksləri üzərində 96, çoxmərtəbəli yaşayış binaları üzərində isə 6 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu mülkiyyət hüquqlarının 14 886-sı Bakının, qalanı isə bölgələrin payına düşüb.

Hesabat dövründə 43 765 texniki pasport tərtib edilib, 11 314 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər