Menyu

Tamstore 25-ci marketini açır – işçi sayı 1200-ü keçdi

Redaksiya
Tamstore 25-ci marketini açır – işçi sayı 1200-ü keçdi

“Tamstore” marketlər şəbəkəsi 19 mart tarixində Qaradağ rayonu, Bakı-Ələt yolunun 17-ci kilometrində 25-ci Super formatlı marketi ilə müştərilərin xidmətinə gəlir. Açılışla bağlı 700-dən çox məhsulda endirim kampaniyası həyata keçiriləcək.

Qeyd edək ki, Tamstore Qaradağ filialında “Cofee Shop”, təndir məhsulları, sobadan isti-isti şirniyyatlar, qəlyanaltılar, namaz otağı, Ana və uşaq otağı və digər xidmət sahələri də 7/24 fəaliyyət göstərəcək.

“TamStore” marketlər şəbəkəsi tam uyğun qiymət, tam təzə məhsul, tam xidmət və tam keyfiyyət fəlsəfəsi ilə müştərilərinə 24 saat fasiləsiz xidmət göstərir. Marketlər şəbəkəsi 2024-cü ildə Bakı şəhəri və Azərbaycanın digər rayonlarında 50-dən çox marketin açılışını planlaşdırıb.

Marketlər şəbəkəsi üç - “mini”, “city” və “super” formatlarında fəaliyyət göstərir. Şirkətdə hal hazırda 1200-dən çox əməkdaş çalışır. İl sonuna kimi hədəf bu sayı 2800 nəfərə çatdırmaqdır.

Teqlər:

"Tamstore 25-ci marketini a\u00e7\u0131r \u2013 i\u015f\u00e7i say\u0131 1200-\u00fc ke\u00e7di"

Əlaqəli Xəbərlər