Menyu

Polşada etirazçı fermerlər gübrəni Rusiyadan almaq istəyirlər

Nərmin Qocamanlı
Polşada etirazçı fermerlər  gübrəni Rusiyadan almaq istəyirlər

Polşada etirazçı fermerlər ucuz qiymətə görə Rusiya gübrəsini almaq istəklərini bildiriblər.

"Operativ Media" xəbər verir ki, bunu Polşanın kənd təsərrüfatı nazirinin müavini Mixal Kolodziejçak deyib.

Kolodziejczak polşalı fermerlərin Ukraynadan gələn kənd təsərrüfatı məhsulları ilə bağlı davam edən etirazlarını şərh edib.

O bildirib ki, hökumətlə fermerlərin nümayəndələri arasında danışıqlar zamanı digər məsələlərlə yanaşı, Rusiyadan gübrələrin alınması məsələsi də müzakirə edilməlidir.

“Mən qida axınının məhdudlaşdırılması lehinə çoxlu səslər eşitmişəm, lakin gübrələr haqqında heç nə yoxdur. Rus gübrələri daha ucuzdur", - deyə qeyd edib.

Eyni zamanda Kolodziejczak etirazçılardan mandat alan fermerlərlə danışıqlar aparmaq istədiyini vurğulayıb. O əlavə edib ki, müzakirənin nəticələrinə əsasən, Rusiyadan gübrələrin tədarükü ilə bağlı məsələ aydınlaşdırılmalıdır.

Teqlər:

"Pol\u015fada etiraz\u00e7\u0131 fermerl\u0259r g\u00fcbr\u0259ni Rusiyadan almaq ist\u0259yirl\u0259r"

Əlaqəli Xəbərlər