Şuşa, Ağdam və Əhmədbəyli istiqamətində müntəzəm avtobuslar ayrılsa da, işğaldan azad edilən və yaşayışın bərpa olunduğu digər ərazilərə hələ ki, marşrut xəttləri təşkil olunmayıb.
Bəs bayram günləri qohumlarını ziyarət etmək istəyənlər həmin yerlərə necə səfər edə bilərlər?
"Operativ Media" sosial şəbəkələr vasitəsilə Qarabağa taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən qiymətləri öyrənib. Əvəz adlı sürücü bildirib ki, fəaliyyətləri tam qanunidir.
"Əvvəlcə portallarının olmasını soruşuruq. Portal varsa, 8 nəfərlik maşınlarda Laçına qədər 30 manat, Laçından Bakıya 35 manatdır. Minik maşınları ilə getmək üçün 40 manatdır. Horadizin özündən Laçına 15 manata aparırlar. Təxminən 6 saatlıq yoldur. Səhər Laçından çıxırıq. Günorta da qayıdış olur".






