Menyu

Borrel: "Qəzza zolağı münaqişələr nəticəsində nəzarətsiz əraziyə çevrilib"

Nərmin Qocamanlı
Borrel: "Qəzza zolağı münaqişələr nəticəsində nəzarətsiz əraziyə çevrilib"

Qəzza zolağı İsrail ordusunun Fələstin anklavına qarşı genişmiqyaslı əməliyyatı nəticəsində nəzarətsiz əraziyə çevrilib.

"Operativ Media" xəbər verir ki, bunu Aİ diplomatiya rəhbəri Cosep Borrel beynəlxalq humanitar yardım forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Qəzza zolağı artıq heç kimin - nə HƏMAS-ın, nə də İsrailin nəzarətində deyil. Qəzza ərazisi daha çox Somali və ya Suriya kimi heç bir əmr və ya hökumətin olmadığı bir əraziyə çevrilir.

Borrellin sözlərinə görə, ərazilər silahlı qruplar və qaçaqmalçıların nəzarətinə keçir. Vətəndaşların yalnız iki yolu qalıb: mühacirət və ya terrorizm.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər