Menyu

Ərdoğan bu yay İraq və Suriyada terrorla mübarizə əməliyyatları keçirmək planlarını təsdiqləyib

Ərdoğan bu yay İraq və Suriyada terrorla mübarizə əməliyyatları keçirmək planlarını təsdiqləyib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yayda respublikanın İraqla bütün sərhəd xəttini nəzarətə götürəcəyini və Suriyada terrorla mübarizə sahəsində işləri başa çatdıracağını bildirib.

"Operativ Media" xəbər verir ki, bu barədə Ərdoğan Ankarada hərbçilər qarşısında çıxışı zamanı bildirib. 

"Kimin layihəsindən asılı olmayaraq, sərhədlərimizdə terror dövlətinin yaradılmasına imkan verməyəcəyik. Bu yay İraqla sərhədin təhlükəsizliyini tam nəzarətə götürəcəyik. Suriyada yarımçıq qalan işləri də mütləq yekunlaşdıracağıq", - Ərdoğan qeyd edib.

Belə ki, Türkiyə lideri PKK və onun Suriyadakı qolları ilə mübarizədə yekun həllə nail olmaq əzmində olduğunu bir daha bəyan edib. Bunun üçün yayda ordunun İraq və Suriyada quru qoşunlarının iştirakı da daxil olmaqla iri sərhəd əməliyyatı keçirə biləcəyi güman edilir.

Ərdoğan həmçinin qeyd edib ki, Türkiyənin ordunun terrorçularla mübarizədə uğurunu təmin etmək üçün kifayət qədər çoxlu sursat və silahı var. O, həmçinin xatırladıb ki, 30 il əvvəl ölkədə demək olar ki, heç bir silah istehsal olunmur və onları almağa məcbur idilər. Eyni zamanda Ərdoğan vurğulayıb: "Amerika və Qərb müttəfiqimiz olsalar da, Türkiyəyə normal silahlar vermədilər. İndi özləri türk silahları üçün növbəyə durublar".

İraqdakı əməliyyatın məqsədinin 40 km dərinliyə qədər şimal rayonlarını PKK yaraqlılarından təmizləmək olacağı güman edilir. İraq tərəfi, Ankaranın gözlədiyi kimi, mümkün əməliyyat kontekstində Türkiyəyə müəyyən dəstək verə bilər. Bu məqsədlə türk nazirlər əvvəllər Bağdad və İraq Kürdüstanı administrasiyası ilə bir neçə raund danışıqlar aparıb və nəticədə təhlükəsizlik sahəsində razılaşmalar əldə olunub. 

Teqlər:

"\u018frdo\u011fan bu yay \u0130raq v\u0259 Suriyada terrorla m\u00fcbariz\u0259 \u0259m\u0259liyyatlar\u0131 ke\u00e7irm\u0259k planlar\u0131n\u0131 t\u0259sdiql\u0259yib"

Əlaqəli Xəbərlər